Yuxarı

Bakı Praqa ilə saziş imzalaya bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycan və Çexiyanın müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş imzalana bilər.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyəti ilə nazir Pərviz Şahbazovun görüşündə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı və bu əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Çexiyanın neftə olan tələbatının mühüm bir hissəsinin Azərbaycan hesabına təmin edildiyini qeyd edən sənaye və ticarət naziri xanım M.Novakova enerji sahəsində gələcək əməkdaşlığı təmin edəcək istiqamətlər barədə danışıb.

Bildirilib ki, Çexiya Azərbaycanda xam neft, təbii qaz, elektrik enerjisi, neft-kimya sənayesində yeni obyektlərin tikintisi və yenidən qurulmasında maraqlıdır. Hazırda iki ölkə arasında yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyi üzrə təcrübə mübadiləsinin aparılması, alternativ və bərpaolunan enerji resursları və texnologiyaları, bioenerji, tullantıların istifadəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Çexiya ilə enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirən Pərviz Şahbazov bu münasibətlərin dərinləşməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir alternativ enerji mənbələrindən istifadə üzrə bu ölkənin “Mavel” və “PBS Power Equipment” şirkətləri ilə danışıqlar aparıldığını və Çexiya təcrübəsinin bərpaolunan enerji sahəsində faydalı olacağını qeyd edib.

Görüşdə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən bəhs edilib. İki ölkənin müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Sazişin yaxın vaxtlarda imzalanmasının vacibliyi bildirilib.

Tarix
2018.09.12 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla