Yuxarı

BAXCP rəhbərliyi xilaskar türk əsgərinin abidəsində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın fəalları sentyabrın 15-də Bakının və Azərbaycanın digər bölgələrinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər.

BAXCP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakının erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib:

“100 il bundan öncə Nuru Paşanın rəhbərliyi altında türk əsgər və zabitləri canlarından keçərək Bakını, bütövlükdə Azərbaycanı erməni cinayətkarlarından qoruyaraq şəhidlik zirvəsinə ucalıblar. BAXCP hər il bu abidənin önünə gəlir və türk əsgər, zabitlərini ehtiramla yad edir. Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır. 1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən on minlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman Türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər. Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə soyqırımı siyasəti həyata keçirdiklərini sübut edir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı, bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər”.

BAXCP sədri qeyd edib ki, bu il Bakının erməni hərbi birləşmələrindən azad edilməsinin 100 illiyidir:”Bu münasibətlə hər birinizi, Azərbaycan xalqını təbrik edirəm:

”Biz 100 il bundan əvvəl həmin döyüşlərdə dünyasını dəyişən insanların hamısını, fərq qoymadan, hörmətlə yad edirik və onlara rəhmət diləyirik. Arzu edirik ki, dəfələrlə qaldırdığımız bir məsələ-Nuru Paşaya Bakının ən gözəl yerlərindən birində abidə ucaldılması- nəhayət, reallaşacaq”.

Tədbirə qatılan BQP sədri, millət vəkili Fazil Mustafa də tədbir iştirakçıları qarşısında çıxış edib, 100 il bundan öncə Bakının işğalında şücaət göstərmiş türk əsgər və zabitlərinin qəhrəmanlığını Azərbaycan türkünün unutmadığını, unutmayacağını bildirib.

Tarix
2018.09.14 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla