Yuxarı

Tehran metrosunda şok: Qız başını açıb, axunda... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran metrosunda gənc bir qadın baş örtüyünü açaraq, axunda etiraz edib.

Axar.az xəbər verir ki, qatarın gəlməsini gözləyən qız yanında oturan bir axunddan və qara çarşablı qadından çəkinmədən baş örtüyünü açıb. Bundan sonra axundun və qara çarşablı qadının etirazı ilə qarşılaşıb. Onlar həmin xanıma yaxınlaşaraq, hədə-qorxu gəldikdən sonra hicabını geyinməsini tələb ediblər. Baş örtüyünü açmış qadın üzünü axunda tutaraq, onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib.

İstədiyi kimi geyinmə haqqı olduğunu, heç kimin onun necə geyinəcəyinə diktə edə bilməyəcəyini dilə gətirən qız, digər sərnişinlər tərəfindən də dəstəklənib.

Onun tutulub-tutulmaması ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına cari ilin əvvəllərində start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib.

Tarix
2018.09.14 / 15:06
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla