Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı şəhərində yağan yağışla əlaqədar sentyabrın 30-da səhər saat 8:30-dan 11:00-dək paytaxt ərazisində maddi zərərlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, xüsusilə Aeroport şosesində 3 avtomobilin sürüşərək maneəyə çırpılması hadisəsi bir daha onu deməyə əsas verir ki, yağışlı hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirmirlər. Bu isə nəticədə qəzaların, ailə faciələrinin yaranmasına səbəb olur:

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Ona görə də tövsiyə edirik ki, ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etsinlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına, əvvəlcədən getdiyi istiqaməti təyin etməyi, dönmə işarələrindən istifadə etməyi, eləcə də yağış sularının yaratdığı gölməçələrdən keçərkən çirkli suyun ətrafa yayılmamasına diqqət yetirilməlidir".

Bölmə rəisi həmçinin təəssüflə bildirib ki, yolda sola və sağa manevr edən bəzi sürücülər sol hərəkət zolağından sağa dönməyə və ya sağ hərəkət zolağından sola keçməyə üstünlük verirlər ki, bu da trayektoriyaların kəsişməsi zamanı avtomobillərin sürtünməsinə, hətta toqquşmasına səbəb olur: "Onlar çalışmalıdırlar ki, hərəkəti sağ tərəflə davam etdirsinlər. Əgər sürücü bir neçə metr qabaqda sola dönmə əməliyyatı aparacaqsa, əvvəlcədən yolun sol hərəkət zolağını tutaraq işıqdan istifadə edib, arxadan və ya qarşıdan gələnlərə xəbərdarlıq etməlidir".

V.Əsədov əlavə edib ki, piyadalara onların özlərinin təhlükəsizlikləri naminə yol hərəkəti qaydalarına əməl etmələri, həyatlarına təhlükə yaranmaması və çirkli suya bulaşmamaları üçün yolu keçərkən nəqliyyat vasitəsinin yaxınlaşmasına diqqət etmələri tövsiyə olunur.

Tarix
2014.09.30 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla