Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Fevral 2019


Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin şəxsi heyətinin, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Daha sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Tarix
2018.09.16 / 16:43
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

DTX-da xatirə tədbiri: 90 illik yubiley - Foto

Vətəndaşlarımız Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto

Bu şəxsləri 2500 manata qədər cərimə gözləyir

Balıqçılıq təsərrüfatlarının sahibləri ilə görüş - Foto

Vəba təhlükəsi: Türkiyədən gətirilən bu məhsullarda...

Xocasən-Lökbatan yolu bərpa olunur - Video

Üç deputata yeni vəzifə verilir

Bunu edən vətəndaşlara sanksiya tətbiq ediləcək

Səyahətə çıxanlar üçün hava proqnozu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla