Yuxarı

Çempion Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran doqquzqat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib.

Axar.az Azxəbər.com-a istinadən xəbər verir ki, Araz Musayev türk liderlərinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayıb. O bildirib ki, bu onun çoxdankı arzusu imiş:

"Şəhərin 15 yerində qurban kəsərək, ehtiyacı olan insanlara payladıq. Ardınca Təzəpir məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq. Onların birliyi bizim qarantımızdır".

A.Musayev qeyd edib ki, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur:

"Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız üçün çalışırlar, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik”.

Qeyd edək ki, dünən Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.

Tarix
2018.09.16 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla