Yuxarı

Bakıda avtobus dayanacağa girdi: Xəsarət alan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda avtobus dayanacağa girdi: Xəsarət alan var

10 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanacaqdakı insanların üstünə sürüb. Nəticədə bir nəfər xəsarət alıb.

Bu barədə məlumatı Publika.az-a hadisə şahidləri veriblər. Şahidlərin sözlərinə görə, hadisə paytaxtın Atatürk prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında baş verib. 10-ZA-677 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü hadisə yerindən qaçıb:

"Dayanacaqda dayanmışdıq. Bir də gördük ki, avtobus üstümüzə gəlir. Tez kənara çəkildik. Bir nəfər avtobusun ön qapısından yerə düşdü. Az qala təkərin atlında qalacaqdı. Sürücü saxlamadı, sürüb qaçdı".

Məlum olub ki, xəsarət alan şəxs 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Maya Əhmədovadır. Zərərçəkmişin həyat yoldaşı əməkdaşımızla söhbətində bildirib ki, həmin sürücünün cəzalandırılmasını istəyir:

"Belələri sürücü adına ləkədir. Səhvi eləmisən, heç olmasa, saxla, maraqlan da. Elə bəlkə, təkərin altında qalaydı? Bütün aidiyyəti qurumlardan bu şəxsin tutularaq cəzalandırılması istiqamətində addımlar atmağını xahiş edirəm".

Tarix
2014.10.01 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla