Yuxarı

Nazirlik İsgəndər Əliyevi məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya Nazirliyi havanı çirkləndirən zavodla bağlı toplanmış sənədləri məhkəməyə göndərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2 ay əvvəl cərimə sanksiyası tətbiq edilən Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib.

Nazirliyin əməkdaşları tərəfindən müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən havaya atılan zərərli maddələrin “yol verilən qatılıq həddi”ni keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən “məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.

Faktla bağlı Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayında “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılmış və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilmişdi. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

Tarix
2018.09.19 / 10:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla