Yuxarı

Mənzildən kişi meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzildən kişi meyiti tapıldı

Gəncədə mənzildə kişi meyiti tapılıb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda 1958-ci il təvəllüdlü Taryel Məmməd oğlu Məmmədov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində T.Məmmədovun vəfat etdiyi müəyyən olunub.

Tarix
2014.10.01 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla