Yuxarı

Nazirlik mənzil tikir – Əlillər üçün

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik mənzil tikir – Əlillər üçün

Əlil və şəhid ailələri üçün yeni çoxmənzilli yaşayış binasının inşasına başlanılıb.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər. ƏƏSMN-nin şifarişi ilə Bakı şəhərinin Nizami rayonunda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb.

Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.

Xatırladaq ki, bu ilin ötən dövründə ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirlikdən qeyd ediblər ki, Prezidentin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.

Tarix
2014.10.03 / 12:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla