Yuxarı

Valideyn müəlliməni döydü - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valideyn müəlliməni döydü - Bakıda

Sentyabrın 30-da Əmircan qəsəbəsindəki 97 saylı məktəbin müəlliməsi 49 yaşlı Rima Bəşirova şagirdlərinin gözü önündə valideyn tərəfindən döyülüb.

Vesti.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən Azərbaycan dili və ədəbiyyatı müəllimini Böyükxanım adlı valideynin təhqir etdiyini bildiriblər. Səhər saat 8-də valideyn Rima Bəşirovanın uşaqlara dərslik paylamamasına görə valideyn dava salıb: "O müəllimi təhqir edib və şillə vurub. Biz məktəbə gəldikdə Rima Bəşirovanın üzündə onun barmaq izləri hələ də qalmışdı", - polisdən bildiriblər.

Polisin sözlərinə görə, valideyn özünü günahkar hesab etmir və üzr istəməyə hazırlaşmır. O, polisə qarşılıqlı ərizə verərək, Bəşirovanı öz oğlunu – beşinci sinif şagirdini bir neçə dəfə təhqir etməkdə və uşağı hamının gözü qarşısında küncdə saxlamaqda ittiham edir.

Polislər qadına yuxarıda sadalananların müəllimi döymək üçün bəhanə olmadığını izah etməyə çalışsalar da, bu fayda verməyib. Qadın üzr istəmək fikrində belə deyil.

"Yaxın günlərdə işin materialları araşdırılmaq üçün məhkəməyə veriləcək", - polisdən deyiblər.

Tarix
2014.10.03 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla