Yuxarı

“Axır ki, qızları öldürüb, oğlanların sayını çoxalda bildik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Axır ki, qızları öldürüb, oğlanların sayını çoxalda bildik”

"Əvvəllər qız uşaqlarının üstünlük təşkil etdiyi Azərbaycanda üzün sürən cinayət xarakterli proseslərdən sonra oğlanların sayını artırmağa nail olunub".

Bu sözləri Axar.az-a psixoloq Dəyanət Rzayev Azərbaycanda ən aktual məsələ olan qız uşaqlarının istənilməməsi ilə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, bu qədər inkişafın getdiyi bir cəmiyyətdə hələ psixopat, sosiopat insanların olması çox dəhşətli bir haldır:

"Azərbaycanda keçmişin qaranlıqlarına qərq olmasına baxmayaq, hələ də qızlarının evdə qalmasından qorxu hissi keçirən və bu feodal adət üzündən qızlarını kiminlə gəldi evləndirən analar var. Ən dəhşətlisi isə bilə-bilə ki, qarşısındakı insan narkoman və ya psixopatdır, yenə də bu addım atılır. Nəticə etibarilə vəziyyət o həddə gəlib çatıb ki, sanki "qız övladı bir canidir və o, tələf olunmalıdır" kimi tarixin arxivinə atılmış gerçəklik bu gün yenidən qayıdır. Çox acınacaqlı bir haldır ki, qız uşaqlarının tələf olunmasını daha çox istəyən məhz xanımların həyat yoldaşlarıdır. Maraqlıdır, bu gün qız övladını istəməyən və bu üzdən də cinayətə əl atan bir şəxs hansı atalıqdan danışa bilər? Belə insanlar, görünür, vaxtilə etdikləri pis əməllərdən dolayı qız atası olmaqdan çəkinirlər. Çox təəssüflə bildirmək istəyirəm ki, bu kimi hallar ölkəmizdə baş verir. Bu gün belə hallarla rastlaşan onlarla gənc ana ağır psixoloji durumda bizə müraciət edir. Əgər gələcəyin bir əsgərinin, bir həkiminin anası bunu yaşayırsa, o zaman hansı parlaq gələcəkdən danışmaq olar? Ən dəhşətlisi isə bəzi valideynlər məsuliyyətsizliyin elə bir pik nöqtəsində çatıblar ki, hətta öz övladlarını bil-bilə oda atırlar. Bu gün cəmiyyətdə sözün əsl mənasında həyəcan təbili çalınmalıdır".

Tarix
2014.10.04 / 00:34
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla