Yuxarı

Azərbaycan müğənniləri həbsxanada - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan müğənniləri həbsxanada - Foto

Bu gün müğənnilərimiz həbsxanada məhkumlara konsert verib.

Axar.az Penitensiar xidmətin rəsmi saytına istinadən xəbər verir ki, dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında qeyd olunub.

Bu münasibətlə 1 saylı cəzaçəkmə müəssisəsində geniş tədbir keçirilib. Qurban bayramı münasibəti ilə Ədliyyə Nazirliyi və Penitensiar xidmət rəhbərliyinin təbrikləri xüsusi kontingentə çatdırılıb, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib. Tanınmış müğənnilər Elton Hüseynəliyevin, Aysel Əlizadənin, Sevinc və Sevil Səfərova bacılarının, Gülay Zeynallının, Günay İbrahimlinin çıxışları məhkumlar tərəfindən maraqla qarşılanıb.
Bayram münasibəti ilə qurbanlar kəsilib, məhkumlar üçün bayram süfrəsi açılıb.

Tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov və Baş idarənin məsul əməkdaşları iştirak ediblər.

Tarix
2014.10.04 / 16:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla