Yuxarı

Bakıda “London taksi”si kimi işləyən cənazə maşınları - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “London taksi”si kimi işləyən cənazə maşınları - Foto

Ölü sahibi vəfat etmiş şəxsi paytaxtdan kənarda torpağa tapşırırsa, hökmən yas biznesi yiyələrinə müraciət etməlidir.

Axar.az-ın müxbiri "Göy məscid" yaxınlığında sıraya düzlənmiş cənazə maşını sahibləri ilə ayaqüstü söhbət edib. Əməkdaşımız öyrənib ki, cənazə daşıyan qara rəngli maşınlar Bakıda 70-120 manata xidmət göstərir:
"Məsafədən asılı olaraq gedirik. Məsələn, mərhum Nərimanovdan Xırdalan qəbiristanlığına aparılırsa, 90 manata razılaşmaq olar. Çox vaxt bizə rayonlara getmək üçün müraciət edirlər. Çünki şəhərdə hər kəs bir yolla maşın tapır".

Cənazə maşını sürücüsü deyir ki, paytaxtdan bölgələrə bu maşından istifadə edən vətəndaş hər kilometrə görə 1 manat ödəməlidir: "Hər bir kilometrə 1 manat yazır. Ancaq müştəri ilə razılaşmaq olur. Bizə çox vaxtı vəzifəli, varlı insanlar müraciət edir. Amma tələbat da az deyil".

Cənazə maşınlarının geiş haqqı tarifi "London taksi" xidmətinə oxşayır. Bu taksilərdə də sayğac hər kilometrə 1 manat yazır. Qeyd edək ki, hökumət yas mərasimlərində ehsan israfçılığına qarşı inzibati müdaxilələr etməyə başlayıb.

Əhaliyə də tövsiyə olunur ki, məclisdə çay, qənd, xurma, limon və halva versinlər. Yas mərasimləri icra və polis əməkdaşları tərəfindən müşahidə olunur. Ancaq VİP çadır və cənazə maşını biznesində qiymətlərlə bağlı hər hansı tənzimləyici addım atılmayıb.

Tarix
2014.10.07 / 10:40
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla