Yuxarı

Avropalı ekspertlər nazirlikdə görüş keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropalı ekspertlər nazirlikdə görüş keçirdi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının əməyin mühafizəsi üzrə ekspertləri ilə görüş olub.

Bu barədə Axar.az-a nazirlikdən məlumat veriblər. Belə ki, bu gün baş tutan görüşdə Avropa İttifaqının (Aİ) İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin ekspertləri olub. Həmçinin görüşdə Həmkarlar Təşkilatları İttifaqının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev görüşdə vətəndaşların əmək hüquqlarının təminatının, o cümlədən onların əməyinin mühafizəsinin daim diqqət mərkəzində olduğunu bildirib.

Aİ-nin İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Tim Tragenza təmsil etdiyi agentliyin əsas məqsədinin peşə sağlamlığı və təhlükəsizliyi məsələlərinə dair təbliğat xarakterli kampaniyaların keçirilməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrlə əməyin mühafizəsi sahəsində bilik və təcrübə mübadilələrinin aparılmasının təşkil edilməsi olduğunu qeyd edib. O, bildirib ki, bu ilin fevralından bu sahədə yeni layihəyə start verilib. Layihə tərəfdaş ölkələr arasında qeyd olunan sahədə təcrübə mübadilələrinin aparılmasına, qarşılıqlı yardımlaşmaya, əməyin mühafizəsi üzrə qabaqlayıcı tədbirlərin hazırlanmasına öz töhfəsini verəcək.

Görüşdən sonra avropalı ekspertlər və nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri, habelə sosial tərəfdaşların iştirakı ilə müvafiq mövzuda müzakirələrə başlanılıb.

Tarix
2014.10.08 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla