Yuxarı

Azərbaycan bu gəmini beynəlxalq sulara göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov, Qara və Aralıq dənizlərində istismar olunacaq.

QSC-dən Axar.az-a verilən məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”a gedəcək.

Universal quru yük gəmisinin istismarına nəzarəti QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.

“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-si quru yük, ikisi tankerdir.

Tarix
2018.10.11 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla