Yuxarı

Hacıyeva 10 ildir hər saatda 1126 manat xərləyirmiş – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.10.11, 17:50

Bir neçə gündür mətbuatın gündəmini Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevanın xərclədiyi pullar zəbt edib.

Xanım Hacıyevanın gündəlik öz istirahəti və şəxsi maraqlarına istifadə olunan pulların miqdarı həqiqətən də göz qamaşdırır. Elə bu səbəbdəndir ki, bu barədə təkcə yerli media deyil, xarici mətbu orqanlar da yazıb.

Axar.az xəbər verir ki, müxtəlif dünya nəşrlərində bir-birinin ardınca yer alan rəqəmlər ekspertləri də heyrətə gətirib.

BBC nəşri Z.Hacıyeva həsr etdiyi yazıları “Harrodsda 16 milyon funt xərcləyən qadın ortaya çıxdı” başlığı ilə verib. Nəşr yazıb ki, Haddods dükanında 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyən, Londonun mərkəzində 11,5 milyon funt sterlinq dəyərində ev alan bu “sirli qadın” Azərbaycanın ən böyük banklarından birinin keçmiş rəhbərinin həyat yoldaşı Zamira Hacıyevadır.

“Tayms” dərgisi isə 55 yaşlı Zamira Hacıyevanın on ildən artıq müddətdə Londonda lüks həyat yaşadığını vurğulayıb. Zamira Hacıyevanın Harrodsda 16 milyon funt sterlinq xərclədiyi, 150 min funt sterlinqə zinət əşyası aldığını yazıb. Qolf klubuna 10 milyon, şəxsi təyyarəsinə isə 42 milyon xərclədiyini bildirilib.

“Skaynyus” nəşri də Hacıyevanın qızıl-zinət əşyalarına olan marağını ön plana çəkib. Sözügedən xəbərdə qadının “Boucheron” və “Cartier” brendlərindən aldığı milyonlarla dollarlıq zərgərlik əşyaları almasına yer verilib. Xanım Hacıyeva “Boucheron” üçün 150.000, “Cartier” üçün isə 100.000 dollar xərcləyib.

Türk mediası isə yazıb ki, eks-rəhbəri C. Hacıyevin xanımı alış-verişə 35 milyon manat xərcləyib.

Məlum olub ki, Hacıyeva hər gün bir şüşəsi 2500 dollar olan şərab içirmiş. Bundan başqa, o, "Boucheron” 200 min dollarlıq broş, "Cartier”dən isə 133 min dollara zinət əşyası alıb.

Türk mediası yazıb ki, Z.Hacıyeva şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, bütün bu rəqəmləri nəzərə alsaq deyə bilərik ki, Z.Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.

Qeyd edək ki, bütün bu faktlar Böyük Britaniya hökumətinin korrupsiya ilə mübarizə çərçivəsində ortaya çıxıb. Ali Məhkəmə araşdırmaların mərkəzinə düşən Z. Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Böyük Britaniya tarixində ilk "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıb.

Yeri gəlmişkən xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin 14 il sədri olan Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmə araşdırmaları göstərib ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurub.

Tarix
2018.10.12 / 12:09
Müəllif
Anara, Nigar
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla