Yuxarı

Azərbaycanda yay vaxtı ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yay vaxtı ləğv edilir

Azərbaycan Nazirlər Kabineti ölkə ərazisində qış və yay vaxtına keçidin ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Hökumətdən verilən məlumata görə, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərara uyğun olaraq, 1997-ci ildən Azərbaycanda hər il mart ayının son bazar günü gecə saat 4:00-da əqrəblər bir saat qabağa çəkilməklə ölkə ərazisində yay vaxtına, hər il oktyabr ayının son bazar günü saat 5:00-da isə əqrəblər bir saat geri çəkilməklə qış vaxtına keçilir. Ötən illərdə olduğu kimi, bu il də oktyabrın sonuncu bazar günündə qış vaxtına keçiləcək.

NK-dan deyilib ki, Azərbaycanda qış və yay vaxtına keçidin ləğv edilməsi nəzərdə tutulmayıb və bu məsələ hazırda da hökumətdə müzakirə edilmir.

Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.

Tarix
2014.10.09 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla