Yuxarı

Oğuzda meşə gözətçilərinə hücum: 2 nəfər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilib ki, oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyiliyinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Oğuz rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 16 radələrində rayonun Calut kənd sakini Fəzail Həsənov idarə etdiyi avtomobillə qırıntı aparmaq üçün Oğuz meşəbəyiliyinin meşə dolayına getmiş, həmin gün monitorinq aparıldığına görə meşə sahəsinə daxil olmasına icazə verməyən gözətçi Zahir Qılıncovun qanuni tələbinə tabe olmayaraq girişdə qoyulmuş şlaqbaumu avtomobillə vurub sındıraraq oradan uzaqlaşıb.

Araşdırmalarla həmçinin, F.Həsənovun avtomobillə kəndin mərkəzinə doğru irəlilədikdə qanun pozuntuzusunu sənədləşdirmək üçün hadisə yerinə gələn meşəbəyiliyin digər əməkdaşlarının avtomobillərinin qarşısını kəsib onların ünvanına nalayiq söyüşlər söyməsinə, eləcə də qohumu Azər Əlmərdanovla birlikdə əməkdaşlardan biri Vüqar Şəfiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb.

F.Həsənov və A.Əlmərdanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2018.10.12 / 14:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla