Yuxarı

Startapçı həyatından bir gün

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir.

Axar.az xəbər verir ki, mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib. “Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan “Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.

Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə ötən il Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.10.12 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla