Yuxarı

Şeyximiz Nobelə namizəd olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyximiz Nobelə namizəd olur

QMİ sədri 2011-ci ildə də Nobel Sülh Mükafatına namizəd olub, indi isə növbəti dəfə Şeyxülislamın adı Nobelə namizədlər arasında hallanır.

QMİ sədri Allahşükür Paşazadə 2015-ci ildə Nobel Sülh Mükafatına namizəd göstəriləcək. Bu barədə ANS telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bu ilin dekabrında Nobel İnformasiya Mərkəzi Şeyxülislam Hacı Allahşükür Paşazədənin Nobel Sülh Mükafatına təqdimatını verəcək.

Qeyd edək ki, Allahşükür Paşazadənin adı daha əvvəl, 2011-ci ildə də Nobel mükafatına namizəd kimi göstərilib. Həmin vaxt QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova mətbuata bildirmişdi ki, lazım olan sənədlər artıq Nobel Mərkəzinin Beynəlxalq İnformasiya Bürosuna təqdim edilib. Həmin vaxt Şeyxin Nobel Sülh Mükafatına namizədliyi Çeçenistanda sülhün bərqərar edilməsi naminə gördüyü işlər, Azərbaycanda müsəlmanlar arasında birliyə nail olunması üçün göstərdiyi fəaliyyətlə əsaslandırılmışdı.

R.Dadaşova o zaman bildirmişdi ki, Nobel fondunun Qafqaz və Mərkəzi Asiya üzrə İnformasiya Mərkəzi Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadənin bu mükafata namizədliyi üçün QMİ-yə müraciət edib.

Ancaq indiki şərtlərdə QMİ sədrinin hansı səbəblərdən Nobelə namizəd göstəriləcəyi məlum deyil. Çünki hazırda Şeyxülislamın hər hansı sülhyaratma prosesində iştirakı yoxdur, Dağlıq Qarabağ danışıqlarında iştirak etmir və bu prosesdə bir hərəkətlilik yoxdur. Doğrudur, QMİ sədri bir neçə il Harvard Universitetinin hazırladığı 500 ən nüfuzlu müsəlman siyahısında olub. Ancaq o siyahıda başqa azərbaycanlılar da olub və buna görə də aydın məsələdir ki, Nobel verilmir. Nobel mükafatı yalnız Dağlıq Qarabağ münaqişəsinin həll olunması nəticəsində Şeyxə verilə bilər.

Din sahəsində QMİ sədri Azərbaycanda və Şimali Qafqazda avtoritetini qoruyub saxlasa da, hazırda bu bölgələr dünya siyasi gündəminin mərkəzində dayanmadığı üçün Şeyxin nüfuzlu mükafatı alması o qədər də inandırıcı görünmür.

Tarix
2014.10.09 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla