Yuxarı

Bayıldakı sürüşmənin səbəbi... - Əzizov açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir.

Trend-in məlumatına görə, bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb:

“İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.

E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür:

“Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O, həmin ərazidə olan tikililərə də münasibət bildirib:

"Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.

Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Tarix
2018.10.13 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla