Yuxarı

Nazirlikdən hava xəbərdarlığı: yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15° , gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85% , gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, oktyabrın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Tarix
2018.10.13 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla