Yuxarı

"Karvan” ticarət mərkəzi yanır: 1 ölü, 5 yaralı - Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:02

Sumqayıtda "Karvan" ticarət mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.

FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.

Karvan TM-nin sahibi Ağamirzə Əhədovdur.

Qeyd edək ki, ötən il də bu yarmarka yanmışdı. Bəzi iddialara görə, Sumqayıtda sahibkarlar arasında gedən amansız rəqabətin nəticəsi olaraq, hər dəfə bu ticarət mərkəzi yandırılır.

22:43

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə aşçıqlama verib. Nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.

2014-10-10 00:00:01

"Musavat.com" xəbər verir ki, FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitini binadan çıxarıb. Təxminən 50 yaşında kişidir. İlkin məlumata görə, adı İlqardır (soyadı dəqiqləşdirilir) və Şirvan şəhər sakinidir. "Karvan" ticarət mərkəzində fəhlə işləyirmiş.

00:30

Fövqəladə Hallar Nazirliyi "Karvan" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Axar.az FHN-in saytına istinadla xəbər verir ki, ümumi sahəsi 10.000 kv/m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv/m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

Ticarət Mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.10.10 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla