Yuxarı

“Karvan”ın sahibinə ad günü "hədiyyəsi"nin şok - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Karvan”ın sahibinə ad günü "hədiyyəsi"nin şok - Təfərrüatı

Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzində yanğınla bağlı şok detallar üzə çıxıb.

Axar.az-ın mötəbər qaynaqdan əldə etdiyi məlumatda iddia olunur ki, yanğın ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədova borcu olan sahibkarlardan biri tərəfindən törədilib. Ötən ilki yanğından sonra ziyana düşən, müflis olan və vəziyyətdən çıxış üçün təzminat ala bilməyən sahibkar "Karvan"ın rəhbəri Ağamirzə Əhədovdan qisas almaq istəyib.

Mənbənin sözlərinə görə, A.Əhədov ötən il hadisədən sonra obyekt sahiblərinə dəyən ziyanı ödəməyib. Bunun qarşılığında ziyana düşən sahibkarlar etirazlar etsə də, faydası olmayıb.

Mənbə iddia edir ki, sahibkarlardan biri obyektini təmir edib, külli-miqdarda borc götürüb və ödəyə bilmədiyi halda bu yola əl atıb. Amma hər halda, bu bir iddiadır.

Qeyd edək ki, budəfəki yanğın ötən il oktyabrın 19-da baş vermiş yanğından güclü deyildi. Amma yenə də zərərçəkənlər var. Budəfəki yanğın ötən ilkindən fərqli olaraq can aldı.

Yanğının ilkin ehtimal olaraq qısaqapanmadan olduğu deyilsə də, hər şey araşdırmalardan sonra dəqiq təsdiqini tapacaq.

Xatırladaq ki, ötən il oktyabrın 19-da saat 19:30 radələrində "Karvan" ticarət mərkəzində başlayan dəhşətli yanğın nəticəsində 23.700 kvadratmetr sahə külə döndü. 1000-ə yaxın ticarət obyekti yararsız hala düşdü, ticarət mərkəzinin özünə 2 milyon manat, sahibkarlara isə yüz minlərlə manat dəyərində ziyan dəydi.

Virtualaz.org isə yazıb ki, 9 gün sonra - oktyabrın 19-da "Karvan" ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun ad günüdür. Ötən il A.Əhədova ad günündə "sürpriz" ediblər. Ticarət mərkəzinin sahibi ötən ilki yanğın xəbərini restoranda özünə ad günü keçirərkən alıb. Bu il də A.Əhədova ad günü qabağı "hədiyyə" oldu.

Tarix
2014.10.10 / 22:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla