Yuxarı

Nazirlik məqalə müsabiqəsi keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik məqalə müsabiqəsi keçirir

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması, sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin sahəyə diqqətinin artırılması məqsədilə milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müsabiqəyə ölkəmizin turizm potensialına həsr olunmuş və yalnız müsabiqə dövründə müxtəlif dövrü mətbuat orqanlarında nəşr olunmuş və ya internet resurslarda yerləşdirilmiş məqalələr iştirak edə bilər.

Təqdim ediləcək məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqənin şəffaflığını təmin etmək üçün məqalələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında öz əksini tapacaqdır.

Müsabiqə qaliblərini aşağıdakı mükafatlar gözləyir:

1-ci yer - 2000 (iki min) manat

2-ci yer - 1000 (bir min) manat

3-cü yer (2 nəfər üçün) 500 (beş yüz) manat

5 nəfər üçün həvəsləndirici diplomlar və 200 (iki yüz) manat

Materialların son təqdimetmə tarixi: 20 noyabr 2014-cü il

Materiallar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya [email protected] elektron ünvan vasitəsilə əldə oluna bilər.

Tarix
2014.10.15 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla