Yuxarı

Şəmkirlilər köhnə başçıdan nələr yazır? - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirlilər köhnə başçıdan nələr yazır? - Fotolar

Şəmkir rayonu Nazim Veysovun qoyub getdiyi problemlərlə baş-başa qalıb. Rayonda keçmiş başçının həll etmədiyi sosial çətinliklər indi yeni rəhbərin ümidinə qalıb. Alimpaşa Məmmədov sələfinin qoyduğu problemləri həll etməlidir.

Şəmkirdən Axar.az-a göndərilən məktubda deyilir ki, ara məhəllələrdə yolların bərbad vəziyyətdə qalması, stadion yaxınlığındakı məcburi köçkünlərin hələ də acınacaqlı şəraitdə yaşaması keçmiş başçının diqqətsizliyinin nəticəsidir.

Yeni başçıdan bu problemlərin həllini gözlədiklərini yazan bir qrup şəmkirli qeyd edir ki, A.Məmmədov rayonu yaxşı tanıyır, burada tikinti işlərinə nəzarət edib deyə, bölgənin problemləri ilə də yaxından tanışdır.

N.Veysovun işdən azad olunmasına gəlincə, yada salaq ki, onun rəhbərliyi dövründə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda RİH-in tabeliyində olan idarə və təşkilatlarda büdcə vəsaitinin düzgün xərclənmədiyi qeyd edilmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə, oktyabrın 8-də Şəmkir rayin icra başçısı Nazim Veysov vəzifəsindən azad edilib, onun yerinə Bakı şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov təyin olunub.

Tarix
2014.10.15 / 22:58
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla