Yuxarı

AAYDA-nın bir əməkdaşı digərinin ölümünə səbəb oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir əməkdaşı qurumun digər əməkdaşının ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində yolun hərəkət hissəsinin təmiri zamanı “KamAZ” markalı avtomobillə orada fəhlə işləyən Arif Hüseynov vurulub.

Noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu bilmədən vurub. Nəticədə A.Hüseynov hadisə yerində dünyasını dəyişib.

Hər iki şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2018.11.08 / 14:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla