Yuxarı

Xəzərdə bayraq günü fləşmobu keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fləşmobu keçirilib.

Qurumdan Axar.az-a bildirib ki, fləşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzər sularında üzüb.

Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tarix
2018.11.08 / 16:27
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla