Yuxarı

Süpürgəçi ölümü: günahkar cəzasını alacaq - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Bakı küçələrində süpürgəçilərin ölümü ilə nəticələnən qəzaların sayı durmadan artır. Bunun qarşısını almaq üçün dövlət qurumları səviyyəsində kifayət qədər addım atılıb. Bir müddət əvvəl magistral yolların təmizliyinə cavabdeh olan təmizlik işçilərinə işıqlı jiletlər paylanıldı, daha sonra isə yollara qarşıda süpürgəçinin olduğunu göstərən xəbərdarlıq nişanları vuruldu.

Bundan başqa, avtomobil yollarını təmizləyən süpürgəçilərin yanına iki əlavə şəxs də təhkim edildi ki, onlardan biri süpürgəçiyə yardım edir, digəri isə sürücüləri yol kənarında təmizlik işi getməsilə bağlı məlumatlandırır.

Bütün bu tədbirlərə baxmayaraq, hələ də ölümlə nəticələnən qəzalar baş verir. Səbəb nədir və vəziyyətdən çıxış yolu nədədir? Bu sürücülərin məsuliyyətsizliyidir, yoxsa süpürgəçilərin öz həyatlarına biganəliyi?

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, qəzaların yaranma səbəblərindən birincisi tələblərə uyğun hərəkət edilməməsidir:

“Təkcə kommunal təyinatlı işlər üzrə xidmət aparan əməkdaşların avtomobillərlə vurulması deyil, piyadaların vurulması da bu kateqoriyaya aiddir.

Hadisəyə hüquqi qiymət qəzanın araşdırılmasından sonra veriləcək. Bundan sonra günahkar öz cəzasını alacaq. Artıq səhv etmirəmsə, altıncı belə hadisədir baş verir. Qəzanın baş verməsinə səbəb adətən sürücünün diqqətsizliyi olur. Səhər saatlarında Qara Qarayev prospektində süpürgəçinin ölümü ilə nəticələnən hadisəyə görə cinayət işi qaldırılıb. Bundan sonra da belə hadisələrin qarşısının alınması üçün təsirli tədbirlər görüləcək. Bir daha sürücüləri, hərəkət iştirakçılarını diqqətli olmağa çağırıram”.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Qara Qarayev prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hunday” markalı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.

Tarix
2018.11.08 / 16:47
Müəllif
Nərmin, Nigar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla