Yuxarı

Bu maşınlara qadağa qoyuldu: tıxac bitəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yük avtomobilləri ilə bağlı qadağa Avropa Oyunları, daha sonra isə İslam Oyunları zamanı da tətbiq edilmişdi. Dövlət Yol Polisinin yük avtomobillərinin yeni hərəkət sxemi ilə çıxış etməsi ondan ibarətdir ki, gündüz saatlarında Bakının əsas küçələrində həmin yük avtomobillərinin girişi məhdudlaşdırılsın. Bu, təhlükəsizlik baxımından atılan addımlardandır.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Azər Allahverənov 15 noyabr tarixindən etibarən yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq yeni yol sxemi ilə bağlı danışarkən bildirib.

A.Allahverənov qeyd edib ki, yeni yol sxemində qadağa bütün yük avtomobillərinə şamil edilməyib. Burada söhbət 5 tondan artıq olan yük avtomobillərindən gedir:

“2015-ci il 1 maydan 1 oktyabradək yük avtomobillərinin sürücüləri səhər 7:00-dan-22:00-a qədər, oktyabrın 1-dən etibarən isə 21:00-a qədər 5 tondan artıq olan yük avtomobillərinə şəhərə giriş qadağan edilib. 15 noyabrda tətbiq ediləcək qadağada söhbət 5 tondan yuxarı olan avtomobillərə aiddir. Bu məqama xüsusilə diqqət yetirmək lazımdır.

15 noyabrda tətbiq ediləcək yeni qaydada söhbət gündüz saatlarında Bakı şəhərinin küçələrində hərəkətdə olan iri tonnajlı yük avtomobillərindən gedir ki, onlar ümumiyyətlə, hərəkəti əksər vaxtlarda iflic edir. Həmçinin müəyyən təhlükələr də yaradır.

Belə avtomobillər çox zaman müəyyən edilmiş sürət həddinə riayət etmir, həmçinin tikinti materialları daşıyan avtomobillərdə də təhlükə ondan ibarətdir ki, hərəkətdə olan zaman yük hissəsindən nə isə düşə bilər.

Ona görə də əvvəlcə tövsiyə olundu, daha sonra isə bu qadağa tətbiq edilməyə başladı”.

Ekspert bildirib ki, qadağaların tətbiq edilməsi həmin yük avtomobili sürücülərinin gəlirlərinə müəyyən qədər təsir edəcək:

“Bəzi hallarda bu qadağalar yükdaşımanı həyata keçirən şirkətlərin maraqlarına uyğun gəlmir. Bundan da zərər çəkən çox vaxt həmin yük avtomobillərinin sürücüləri, sıravi vətəndaşlar olur. Bunu nəzərə alan aidiyyəti komissiya Dövlət Yol Polisi ilə zəruri məsləhətləşmələr apararaq noyabrın 15-dən etibarən yeni marşrut istiqamətləri müəyyən edib.

Siyahıdan da aydın görünür ki, bu, Bakının mərkəzi küçələrindən daha çox, Bakıətrafı əraziləri əhatə edir. Bu da faktiki olaraq sürücülərin hansısa ünvanlara yük daşımaları ilə bağlı həyata keçirdikləri xidmətdə hər hansısa bir problem olmaması üçündür.

Ancaq həm də nəzərə almaq lazımdır ki, hazırda Bakı şəhərində aparılan tikinti şəhərin mərkəzi rayonlarını da əhatə edir. Burada tövsiyə olunur ki, gecə saatlarında, müəyyən olunmuş qrafikdə tikinti materialları çatdırılması və sair həyata keçirilsin”.

A.Allahverənov bildirib ki, bu qadağalar tətbiq edilən zaman ekspertlərin də fikirləri öyrənilirdi və çıxış variantları təklif edilirdi:

“Çıxış variantlarından biri də o idi ki, müəyyən olunmuş hansısa ünvanlara tikinti materialları çatdırılsın və həmin ünvanlardan tikinti meydançalarına gedən yollarda ancaq 5 tonadək olan yük avtomobillərinin xidmətindən istifadə edilsin.

Bu ola bilər ki, şirkətlər üçün iqtisadi cəhətdən əlavə məsrəfdi. Çünki fərz edin ki, 15 tonu bir ünvana bir yük maşını çatdıra bildiyi halda, qadağaya əsasən şirkət həmin yük üçün 3 yük avtomobili göndərir”.

Ekspert bildirib ki, bu qayda şəhərdə yük avtomobillərinin sayının azalmasına səbəb olacaq:

“15 noyabrdan etibarən Bakının küçələrində yük avtomobillərinə az hallarda rast gəlinəcəyi o demək deyil ki, tıxaclara son qoyulacaq. Çünki bu gün şəhərdəki tıxacın səbəbi yük avtomobilləri deyil. Tıxacı yaradan digər səbəblər var”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq. Noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib.

Tarix
2018.11.08 / 17:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla