Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2019


Nazirlikdə bir qrup şəhid varisi ilə yenidən görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə Nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, ümumilikdə, 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib.

Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb.

Tarix
2018.11.08 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Heydər Əliyev o sözləri deyən zaman tanklar... - Kamal Abdulla

Qorbaçov Bakıda baş verənlər haqda belə deyirdi - Trofimçuk

20 Yanvar faciəsi Qətərdə anıldı - Foto

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? - Sorğu

Mahaçqaladan Sabirabada uzanan qisas - Qətl planı

SSRİ-də baş verənləri Rusiya ilə eyniləşdirmirik - Səfir

Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı... - Savelyev

Şəhidlər Xiyabanında baş vermiş insidentlə bağlı - Açıqlama

Azərbaycanlının meyiti ABŞ-dan vətənə gətirildi

Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla