Yuxarı

Bakıda beşinci bayraq festivalı keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda beşinci bayraq festivalı keçirilib.

Festivalda rəsmi şəxslər, Milli Məclisin deputatları, hərbçilər, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan əsgərlərinin təntənəli hərbi andından sonra ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında kəlamları nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ənənəyə uyğun olaraq hər il 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə bayraq festivalının keçirildiyini deyib. Bu il beşinci festivalın təşkil edildiyini vurğulayan nazir müavini belə layihələrin gənclərimiz arasında dövlət rəmzlərinin təbliği, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində müsbət rol oynadığını bildirib.

Tədbirdə Azərbaycan, dövlət bayrağımızla bağlı videoçarx nümayiş etdirilib. Sonra Aprel döyüşlərinin qəhrəmanları, eləcə də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad zamanı səmada dövlət bayrağımızın təsvirini yaradan pilotlar səhnəyə dəvət ediliblər. Bu an tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

İstedadlı gənclərin əl işlərindən ibarət yaradıcılıq nümunələrinin də nümayiş etdirildiyi festival incəsənət nümayəndələrinin vətənpərvərlik ruhunda ifalarla zəngin olan konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Tarix
2018.11.08 / 21:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla