Yuxarı

Yol polisi marşurut sürücüsü oldu - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi marşurut sürücüsü oldu - Bakıda

Bu gün paytaxtın Əhmədli qəsəbəsi ərazisində qeyri-adi hadisə baş verib.

Axar.az xəbər verir ki, yol polisi qaydanı pozan marşurut avtobusu sürücüsünü iş başından ayıraraq özü avtobusu idarə etməyə başlayıb.

Feysbuk sosial şəbəkəsindəki "Sancaq" səhifəsində paylaşılan xəbərdə bildirilir ki, polis sərnişinləri lazımı yerə çatdırıb:

"Bugün çox maraqlı bir hadisə baş verib. Deməli, bir yol polis işçisi Əhmədli ərazisində qaydanı pozan (qırmızı işıqda keçən) 57 nömrəli sərnişin avtobusunu saxlayıb. Sürücünün sənədlərini yoxlayarkən məlum olub ki, sürücünün heç sürücülük vəsiqəsi yoxdur. Sürücü də deyib ki, guya 57 nömrəli marşrutun nəzarətçisi onlara vəsiqəsiz işləməyə icazə verib. Polis də sürücünü uzaqlaşdıraraq, özü avtobusu idarə etməyə başlayıb. Daha sonra polis sərnişinlərə deyib ki, "siz bircə mənə yolu göstərin, hamınızı hara lazımdısa, ora da çatdırcam. Bircə mən gedib çıxım bu avtobusun sonuncu dayanacağına, görüm bunların nəzarətçisi kimdi belə".

Elə də oldu, sərnişinlər yol polisinə yolu göstərdi və hamı rahat şəkildə mənzil başına çatıb. Polis sərnişinlərdən gediş haqqını almayıb".

Tarix
2014.10.17 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla