Yuxarı

Ankarada AXC və Qarayev haqda kitab... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbir Azərbaycanla bağlı sənədli filmin nümayişilə başlayıb.

Axar.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunması dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Tarix
2018.11.10 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla