Yuxarı

Bakıda türk fəhlələr etiraza qalxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda türk fəhlələr etiraza qalxdı - Foto

Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən fəhlələrin etirazı davam edir.

Axar.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Feysbuk hesabında məlumat paylaşıb. QHT sədri qeyd edib ki, etiraz edənlər Türkiyədən gələn 50 nəfər fəhlədir:

"Təşkilatımıza daxil olan məlumata görə, bu gün səhər, Bakı Olimpiya Stadionunun tikintisini reallaşdıran"OKR" Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makinə Sanayi Ticarət Limited Şirkətində və ANEL şirkətində (stadionda elektrik, havalandırma və mexaniki işlər görən) işləyən 50-yə yaxın türk (əsasən elektriklər) qısa müddətli aksiya keçirib. Bu türk işçiləri artıq 2-3 aydır əmək haqqı ala bilmirlər. Rəsmi müraciət edə də bilmirlər. Dediklərinə görə, sənədlərində çatışmamazlıq var. Rəhbərlik sabah və ya birigün əmək haqlarını ödəyəcəyinə söz verib. Yenə də işəgötürənlər tərəfindən ölkə qanunvericiliyi pozulur".

Məsələ ilə əlaqədar sözügedən şirkətin nümayəndəliyi və ya məsul şəxslərilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı.

Tarix
2014.10.17 / 12:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla