Ana səhifə Toplum |
Marağa zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı fəal xanım Həkimə Əhmədi quru aclıq aksiyasına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə fəalın həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbani video yayıb. O bildirib ki, həyat yoldaşının sənədləri ilə əlaqədar SEPAH-ın Təbriz bürosuna müraciət edib, lakin təhlükəsizlik orqanında məmurların təhdidi ilə üzləşib:
“Həkimə Əhmədi Marağa zindanında saxlanılır, zindan məsulları onunla görüşməyə icazə vermir. Həkimə Marağa xəstəxanasında bir gün müalicə olunduqdan sonra yenidən zindana qaytarılıb. ETTELAAT-ın Mərənd İdarəsinin əməkdaşları mənə zəng edərək bildirdilər ki, nə üçün müsahibə verib və xəbəri mətbuata çıxarıbsan! Onlar Həkimə xanımın ETTELAAT İdarəsi tərəfindən deyil, SEPAH-ın təhlükəsizlik bölümü tərəfindən saxlandığını bildirdilər”.
Qeyd edək ki, Məhəmmədrza Qurbani həyat yoldaşının ETTELAAT təcridxanasında ruhi və fiziki işgəncələrə məruz qaldığını bildirmişdi.
Tarix
2018.11.10 / 15:18
|
Müəllif
Aytac Araz
|