Yuxarı

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətindən gizlədilən çoxlu sayda mobil telefon və aksesuarlar aşkar edilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana Vaz-21120 markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd "X-İnnova T210", 38 ədəd "Etel E3", 10 ədəd "Rivco X10", 6 ədəd "Kigtel A310" markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.11.10 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla