Yuxarı

Nazirlikdən etiraza qalxan türk fəhlələrlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən etiraza qalxan türk fəhlələrlə bağlı - Açıqlama

"Türkiyədən işləmək üçün gətirilən fəhlələr əməkhaqqlarını ala bilməmələri ilə bağlı bizə müraciət etməyib. Əgər müraciət olsa, şikayətlərinə mütləq baxılacaq".

Bu sözləri Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətini rəhbəri Elman Babayev Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən türkiyəli fəhlələrin etirazı ilə bağlı danışarkən dedi.

Nazirlik sözçüsü bildirdi ki, bununla bağlı müraciət olunduğu an araşdırmaya başlayacaqlar:

"Türkiyədən gətirilən o fəhlələrin əmək müqaviləsinin olub-olmadığı araşdırılmalı, onların hüquqlarının qorunması istiqamətində addımlar atılmalıdır. Bunun üçünsə fəhlələr nazirliyə müraciət etməlidirlər. Bütün hallarda, artıq bu məsələ diqqətimizdədir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən fəhlələrin etirazı davam edir. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb. Etiraz edənlər Türkiyədən gələn 50 nəfər fəhlədir. Onlar Bakı Olimpiya Stadionunun tikintisini reallaşdıran OKR Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makinə Sanayi Ticarət Limited Şirkətində və ANEL şirkətində (stadionda elektrik, havalandırma və mexaniki işlər görən) çalışırlar. Fəhlələrin 2-3 aydır əməkhaqqı ala bilmədiyi qeyd olunur.

Tarix
2014.10.17 / 14:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla