Yuxarı

Binə yollarında cəhənnəm sürücüləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binə yollarında cəhənnəm sürücüləri - Foto

Bakının Binə qəsəbəsinin yolları bərbad vəziyyətdədir.

Axar.az-a şikayət edən qəsəbə camaatı yazır ki, Binədə ictimai nəqliyyatın və yolların vəziyyəti acınacaqlıdır. Marşrut avtobuslarında basabas, səliqəsizlikdən bezən qəsəbə əhli problemin həllini xahiş edir.

"Bu yollardan hər gün gedib-gəlmək işgəncədir. Binə İŞİD-in viran qoyduğu şəhərləri xatırladır. Avtobuslar bərbad vəziyyətdə, içərisi çirkli olur, camaat marşrutda bir-birinin üstünə çıxır, qapılardan sallanmaqla yol gedirlər".

Sakinlər problemi əks etdirən fotoları da redaksiyamıza göndərib. Binəlilər yazır ki, Azərbaycanın ən ucqar dağ kəndlərinə yollar çəkildiyi, ölkədə bu qədər quruculuq getdiyi halda, Binə qəsəbəsinin yolları niyə bu gündə olmalıdır:

"Avtobus tapmaq da zülmdür. Payız-qış aylarında işimiz lap çətinləşir. Xəzər Rayonu İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə müraciət edirik ki, bizim yol və marşrut problemimizi həll etsinlər".

Tarix
2014.10.17 / 15:37
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla