Yuxarı

Bakı bazarlarında vəhhabilərin qeydiyyatı bitdi - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bazarlarında vəhhabilərin qeydiyyatı bitdi - Özəl

Paytaxtın "Binə" və "Sədərək" yarmarkalarında sələfi təriqətinə aid tacirlərin siyahıya alınması yekunlaşıb.

Axar.az-ın özəl mənbədən əldə etdiyi xəbərdə iddia olunur ki, bir müddət əvvəl vəhhabilərlə bağlı yaşanan gərginlik artıq səngiyib, narahatlıq geridə qalıb. Vəhhabilərin qeydiyyatından sonra prosesə son qoyulub.

Yada salaq ki, deputat Cavanşir Paşazadə sözügedən ticarət mərkəzlərini vəhhabilərin toplandığı mərkəz kimi nişan vermişdi. Bu çağırışdan sonra hər iki bazarda vəhhabilərin siyahıya alınmasına başlanıldı. Xəbəri verən qaynağın dediyinə görə, oxşar proses "Bakıxanov" yarmarkasında da həyata keçirilib.

Eyni zamanda, Qaraçuxur, Aşurbəy, Müşfiqabad məscidlərində də total yoxlamalar başa çatıb. Adıçəkilən ibadət ocaqları sələfilərin toplaşdığı yerlərdir. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı 26 İŞİD üzvünün həbsindən sonra profilaktik tədbirlərə fasilə verilib.

Mənbənin sözlərinə görə, ticarət mərkəzlərində vəhhabilərin siyahıya alınması əslində hüquq-mühafizə orqanları üçün mütləq mənada vacib faktdır. Vəhhabilərin nəzarətə götürülməsi ölkənin təhlükəsizliyi üçün zəruri məqamlardan biri sayılır.

Tarix
2014.10.17 / 15:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla