Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı ehtimalı var.

Şimal-qərb küləyi 10-15 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Axşam şimal-şərq küləyi 8-13 m/s olacaq.

Temperaturun gecə 14-17° isti, gündüz 18-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər çiskinli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Temperatur gecə 8-13° isti, gündüz 20-25° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 4-8° isti, gündüz 12-17° isti təşkil edəcək.

Qazax Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 8-13° isti, gündüz 16-21° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Temperaturun gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperatur gecə 15-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti təşkil edəcək.

Tarix
2014.10.17 / 16:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla