Yuxarı

Qazinin öldüyü, jurnalistin yaralandığı qəzadan - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazinin öldüyü, jurnalistin yaralandığı qəzadan - Fotolar

Ötən gecə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında baş verən ağır qəza bir nəfərin ölümünə, ikisinin isə ağır yaralanmasına səbəb oldu.

Axar.az xəbər verir ki, saytımızın "Cəbhə xətti" layihəsinin müəllifi Nihad Cəbrayıl və layihənin qonağı olmuş xanım qazilər – tankist Sevil Abbasova və snayper Solmaz Əliyeva harın sürücünün törətdiyi ağır qəzanın qurbanına çevrildilər. Bu qəza Qarabağda odun-alovun içindən sağ çıxan xanım qazi tankist Sevil Abbasovanın həyatına son qoydu. Hazırda xəstəxanada olan saytımızın müxbiri Nihad Cəbrayıl və xanım qazi, snayperçi Solmaz Əliyeva isə Sevil Abbasovanın ölümündən xəbərsizdir.

Oktyabrın 17-si gecə saatlarında baş verən o dəhşətli qəzanın və qəzada ölən və yaralanan qazilərin, həmkarımızın fotolarını təqdim edirik:

Qeyd edək ki, Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi Nihad Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan xanım qazilərlə müsahibədən qayıdarkən ağır qəzaya düşüb. Xanım qazilər N.Cəbrayılı evinə düşürmək üçün "NAZ Lifan" markalı avtomobillə gələrkən böyük sürətlə hərəkət edən "Cip" markalı avtomobil onların üstündən keçib. Qəza nəticəsində qazi 1975-ci il təvəllüdlü Sevil Abbasova dünyasını dəyişib. Yaralılar isə jurnalist Nihad Cəbrayıl və 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızıdır.

Tarix
2014.10.17 / 17:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla