Yuxarı

“Xəzər”dən qovulan qalmaqallı jurnalist ATV-yə getdi – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xəzər”dən qovulan qalmaqallı jurnalist ATV-yə getdi – Özəl

Xəzər TV-nin keçmiş əməkdaşı Zümrüd Dəmirova bundan sonra ATV telekanalında çalışacaq.

Axar.az-a daxil olan məlumata görə, jurnalistin bundan sonra "ATV xəbər"də müxbir kimi işləməsi nəzərdə tutulub. Zümrüd Dəmirovanın noyabrın 1-dən etibarən "ATV Xəbər" proqramında işə başlayacağını deyib. O, həmçinin jurnalistin sosial mövzularda özəl reportajlar hazırlayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Xəzər TV-də çalışan Zümrüd Dəmirova bu kanalın keçmiş rəhbəri Hüseyn Dinləməzlə aralarında yaranan gərginliyə görə işdən çıxarılmışdı. Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət etsə də, bunun da xeyiri olmamışdı.

Jurnalist işdən qovulduqdan sonra daha bir neçə televiziyaya üz tutsa da, onlar da qapılarını müxbirin üzünə qapatmışdılar. Məlumatda bildirilir ki, Xəzər TV-nin keçmiş rəhbərliyi işdən çıxartdığı əməkdaşlarının digər kanallarda işə düzəlməsinin qarşısını almaq üçün çalışırdı. Məhz bu fakta görə də işdən çıxan əməkdaşlar H.Dinləməzə qarşı sosial şəbəkədə və elektron mediada sərt ittihamlar səsləndirirdilər.

Onu da xatırladaq ki, Zümrüd Dəmirova əvvəllər də ATV-də işləyib və bu kanal ona yad deyil.

Tarix
2014.10.20 / 12:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla