Yuxarı

Kürdəmirdə möhtəşəm Bayraq Meydanı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə möhtəşəm Bayraq Meydanı - Foto

Kürdəmir rayonunda böyük Bayraq Meydanı inşa olunacaq.

Teleqraf.com xəbər verir ki, meydan rayon mərkəzinin şərq hissəsində, Bakı-Ələt-Gürcüstan sərhədi magistralının üstündə tikiləcək. 5 hektar ərazini əhatə edəcək Bayraq Meydanında bir neçə müasir fontan, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, istirahət guşələri yaradılacaq.

Meydanda müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada müxtəlif kompozisiyalı çəmənliklər yaradılacaq.

Bayraq Meydanının ümumi sahəsi 5 hektar olacaq ki, bunun 3 hektarı yaşıllıq sahələri, digər iki hektarı isə tikililər üçün nəzərdə tutulub. Hazırda ərazidə layihələndirmə işləri həyata keçirilir.

Qeyd edək ki, həm də böyük park funksiyasını daşıyacaq Bayraq Meydanının magistral yolun üzərində olması uzaq səfərlərə çıxmış insanların istirahətinin təşkil edilməsi üçün də əhəmiyyətli olacaq.

Tarix
2014.10.20 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla