Yuxarı

“Şanxay”ın söküləcəyi vaxt bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şanxay”ın söküləcəyi vaxt bilindi

Bakının Keşlə qəsəbəsindəki "Şanxay" massivinin söküntüsü təxirə salınıb.

Yerli sakinlərin Axar.az-ın əməkdaşına verdiyi məlumata görə, bir müddət məhəllənin köçürülməsi gündəmdə olsa da, proses 2016-17-ci illərə saxlanıb.

"Şanxay" sakinlərinin sözlərinə görə, qarşıdan gələn Avropa Yay Oyunlarına görə bu istiqamətdə yeni söküntü bumu ertələnib. Hökumət rəsmiləri belə qərara gəliblər ki, xeyli zaman tələb edən bu söküntü işləri növbəti dövrə saxlansın.

Əməkdaşımıza bildirilib ki, bu qəsəbənin əhalisi şəraitindən qətiyyən razı deyil. Amma onlara veriləcək təzminat mənzil almağa da kifayət etməlidir. Tikililər isə qanunsuz elan olunduğuna görə kompensasiya məsələsi Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.

Müxbirimizə deyilib ki, 2016-cı ildə iş başlansa belə, tez vaxtda yekunlaşmayacaq. Qəsəbənin hissə-hissə köçürülməsi nəzərdə tutulub. Bu da 2017-ci ilə qədər uzana bilər.

Dövlət Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə "Şanxay" ərazisindəki qeyri-qanuni tikililərlə bağlı Nəqliyyat Nazirliyinə məlumat verildiyini deyib. N.Əzməmmədov bildirib ki, "Şanxay" ərazisində 2840 qeyri-qanuni tikili siyahıya alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay" da mühafizə və sanitar zolağa düşən ərazidir.

Tarix
2014.10.20 / 23:19
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla