Yuxarı

Rusiyalı jurnalist: İlham Əliyev bundan narazıdır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sputnik Xəbər Agentliyinin ofisində Azərbaycan Mətbuat Şurası ilə Rusiyanın Jurnalistlər İttifaqının əməkdaşlıq haqda Memorandumu ilə bağlı mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, politoloq İlqar Vəlizadənin açılışını etdiyi konfransda Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyev, Rusiyanın məşhur publisisti Rafael Hüseynov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.

Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Solovyev Prezident İlham Əliyevlə dünən baş tutan görüşü haqda danışıb:

“Dünən cənab Prezident İlham Əliyev və onun müşaviri Əli Həsənovla baş tutan görüşümüz qırx dəqiqə davam etdi. Cənab Prezident Rusiya və Azərbaycan jurnalistlərinin əməkdaşlığını yüksək qiymətləndirir. Biz Xəzəryanı ölkələrin jurnalistlərinin ittifaqını yaratmaq ideyası haqda müzakirələr apardıq.

Tərəfimizdən imzalanan bu memorandum iki ölkə arasındakı münasibətlərin, jurnalist birliyinin inkişafına öz müstəsna töhfəsini verəcək”.

Daha sonra çıxış edən MŞ sədri Əflatun Amaşov bu sözləri deyib:

“Bir neçə gün öncə imzalanan bu müqavilənin əsas məqsədi Rusiya və Azərbaycan jurnalistlərinin əməkdaşlığını genişləndirməkdir. Bu müqavilə gələcəkdə qarşılıqlı səfərlər, əməkdaşlıq, master-klasların təşkilində mühüm rol oynayacaq. Artıq dekabr ayında rusiyalı jurnalistlərin Bakıya, may ayında isə azərbaycanlı jurnalistlərin Rusiyaya səfəri planlaşdırılır. Hazırda müqavilənin iş planı üzərində çalışırıq”.

Rafael Hüseynov da çıxışında Prezident İlham Əliyevin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb:

“Cənab İlham Əliyev Heydər Əliyevin təməlini qoyduğu siyasəti uğurla davam etdirir. O, Rusiya–Azərbaycan jurnalistlərinin əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd etdi.

Cənab Əliyev Azərbaycanda baş verən hadisələrdən tam xəbərdar olmadan yazan bəzi rus jurnalistlərdən narazı olduğunu da qeyd etdi və ölkədə baş verənləri öz gözləri ilə görmələri üçün rus jurnalistləri Azərbaycana dəvət etdi”.

Tarix
2018.11.21 / 12:41
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla