Yuxarı

“Bizim market” müştərilərini aldadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bizim market” müştərilərini aldadır - Foto

"Bizim market" şəbəkəsi müştəri cəlb etmək üçün satışa çıxardığı məhsulların üzərinə saxta qiymətlər qoyur.

Bu barədə Axar.az-a marketdən məhsul alarkən qiymətdə aldadılan Təranə Məmmədova adlı xanım xəbər verib. Xanım qeyd edir ki, marketdə satılan bir çox məhsulun üzərində yazılan qiymətlər saxtadır. Onun sözlərinə görə, aldığı məhsulun üzərində yazılan qiymətlə kassaya vurduqdan sonra qəbzdə göstərilən qiymət fərqli olub:

"Uşaq oyuncağının üzərində 5 manat 45 qəpik yazılmışdı. Məhsula endirim edildiyi də qeyd edilməmişdi. Kassaya yaxınlaşanda tələb olunan pulu verdim. Ancaq qəbzə sonradan baxdım ki, əslində aldığım oyuncağın qiyməti 6 manat 70 qəpik imiş. Kassir bu barədə heç bir söz də demədi. Ən azından qiymətin fərqli olduğunu deyə bilərdilər. Ancaq market bunu bilərəkdən etdiyindən, məlumat da vermirlər. 5 manat 45 qəpiyə olan oyuncağı 6 manat 70 qəpiyə satırlar".

Tarix
2014.10.21 / 15:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla