Yuxarı

BSU-da unikal təyinat: tələbə müşavir oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BSU-da unikal təyinat: tələbə müşavir oldu

Bakı Slavyan Universitetində respublikada ilk dəfə olaraq rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub.

Universitetin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

AzərTAc-a müsahibəsində Elcan Məmmədov bildirib ki, bu vəzifənin yaradılmasında məqsəd tələbələrin sosial problemlərinin həllinə dəstək olmaq, rəhbərliklə tələbələr arasında operativ əlaqə yaratmaqdır. Bu vəzifəyə məhz onun seçilməsindən danışan gənc müşavir qeyd edib ki, o, universitetə qəbul olunduğu vaxtdan indiyə kimi bu ali təhsil ocağının ictimai həyatında, beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edib. Onun universitetdə ilk qeyri-rəsmi vəzifəsi isə 1-ci kursda oxuduğu vaxt kölgə kabinetinin mətbuat katibi olub.

BSU-nun rektorunun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə 2-ci rektor müşaviri təyin edilib.

Tarix
2014.10.21 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla