Yuxarı

Güclü külək Azərbaycanda ciddi fəsadlara səbəb olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün respublika ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti regionlarda fəsadlara yol açıb. Güclü külək Göyçay, Ucar, Zərdab və Ağdaş rayonlarında ciddi fəsadlara səbəb olub.

Əsən güclü küləyin təsiri nəticəsində Göyçay, Ucar, Zərdab və Ağdaş şəhərlərinin bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.

Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. İlkin məlumata görə, hazırda qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb.

Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hazırda da davam edir. Bu səbəbdən fəsadların aradan qaldırılması istiqaməntində işlər hələlik aparılmır ("ANS").

Tarix
2013.12.04 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla